İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) fəaliyyət göstərdiyi 3 il (2021-2023-cü illər) ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu layihələrin investisiya həcmi 750 milyon manatdır”, - deyə nazir sosial şəbəkədə yazıb.
O qeyd edib ki, 2021-2023-cü illərdə sənaye zonalarında 17 müəssisə fəaliyyətə başlayıb, 1,336 min daimi iş yeri yaradılıb.
“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq ($4,97 milyard) məhsul istehsal edilib ki, bunun da 35,7%-i (3,02 milyard manatı) ixracın payına düşür”, - deyə M.Cabbarov vurğulayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi Prezident İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında publik şəxs kimi yaradılıb. Agentliyin tərkibinə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələri (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparklar daxildir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət