İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra görüşlər keçirib, tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirələr aparıb.
“İnterfaks-Azərbaycan” agentliyi İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma nazirinin birinci müavini Ammar Naqadi və beynəlxalq iqtisadi məsələlər üzrə müavini Albara Alaskandarani ilə görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin inkişaf etdiyi, ticarət dövriyyəsinin artdığı vurğulanıb. İki ölkə arasında iqtisadiyyatın prioritet sahələri, həmçinin sosial-iqtisadi proqramlar sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin tərəfdaşlığa impuls verəcəyi qeyd olunub. Özəl sektor üzrə əməkdaşlığın inkişafı məqsədilə prioritet sahələrin müəyyənləşdirilməsinin önəmi vurğulanıb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gündəliyində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb.
Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin müavininin beynəlxalq tərəfdaşlıqlar üzrə müavini Avad Maşni ilə görüşdə Səudiyyə Ərəbistanı ilə ticarət, investisiya, enerji, o cümlədən, “yaşıl” enerji, infrastruktur, azad edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələri, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq imkanları qeyd olunub. Azərbaycanda əlverişli işgüzar mühit, biznes üçün yaradılan imkanlar barədə məlumat verilib, Səudiyyə sərmayədarları fəal əməkdaşlığa dəvət edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya tərəfdaşlığının genişləndirilməsi, potensial birgə layihələr, tikinti sektoru və sair istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə görüşdə Azərbaycanda bərpa olunan enerji istiqamətində görülən işlər, bu sahədə “ACWA Power” şirkəti ilə əməkdaşlıq, azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verilib.
Sultan Əbdülrəhman Əl-Mərşad rəhbərlik etdiyi qurumun Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Görüşdə Azərbaycanda prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
“Səudiyyə Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya Şirkəti”nin (SALİC) baş icraçı direktoru Süleyman Alrumaih ilə görüşdə Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası, istehsal edilən aqrar məhsullar və onların ixrac coğrafiyası barədə məlumat verilib. Bildirilib ki, ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları genişdir. Azərbaycanda ixracın və ticarətin asanlaşdırılması məqsədilə bir sıra tədbirlər görüldüyü, o cümlədən xarici ölkələrdə ticarət nümayəndəliklərinin yaradıldığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycana aqrar sahə ilə bağlı investisiya yatırılması, strateji ərzaq məhsullarının istehsalı və ixracı üçün böyük potensial var. Bununla yanaşı, ölkəmizin nəqliyyat-tranzit, turizm və digər imkanları barədə də məlumat verilib.
Görüşdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat olub. Bununla yanaşı, Azərbaycanın aqrar məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət