Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-ci ilədək kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin 70%-i ötəcəyini gözləyir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu hədəf AMB-nin təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.
AMB-nin məlumatına görə, 2023-cü ilin sonuna kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisi 55% təşkil edir.
Bundan başqa, Mərkəzi Bank 2024-2026-cı illərdə ani ödənişlərin milli ödəniş sistemi (MÖS) əməliyyatlarında çəkisini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu göstərici 0,39% təşkil edir. AMB hesab edir ki, 2027-ci ilədək ani ödənişlərin MÖS əməliyyatlarında çəkisi 25%-dən çox arta bilər.
Daha bir hədəf pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin ən azı 40%-dək artırılmasıdır (hazırda bu göstərici 21,1%-dir).
AMB, həmçinin 2027-ci ilədək cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin 90%-i ötəcəyini (hazırda 80%-dir) nəzərdə tutur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət