Azərbaycanda dəmir filizi istehsalı zəncirinin qurulması layihəsinin investisiya dəyəri 1,7 milyard manat məbləğində (cari məzənnə ilə $1 milyard – İF) qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin məlumatında deyilir.
“Boston Consulting Group” (BCG) şirkəti tərəfindən aparılmış təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin qurulmasını optimal həll yolu olaraq müəyyən edib. Şirkətin hesablamalarına görə, layihənin investisiya dəyəri 1.7 milyard manat məbləğində qiymətləndirilib.
“Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurların tərkibindəki dəmirin nisbətən aşağı olması (ortalama 40%) bu filizlərin zənginləşdirilərək minimum 67%-ə çatdırılmasını zəruri edir.
“Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq 67% dəmir tərkibli konsentratın istehsalı, növbəti mərhələdə aralıq məhsul olan pellet istehsalı, daha sonra 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı qərara alınıb”, - deyə məlumatda bildirilir.
İstehsal zəncirinin ilkin mərhələsində dəmir konsentratının istehsalı məqsədilə Daşkəsəndə mədən yaxınlığında Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub.
Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95% dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək. Hər iki müəssisə Göygöl rayonunda inşa ediləcək. Zənginləşdirmə və Pellet zavodları arasında 45 km məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti vasitəsilə aparılması nəzərdə tutulub.
“AzerGold”un məlumatına görə, layihəyə uyğun olaraq qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3.2 milyon ton filiz hasilatı, bu filizdən 1.3 milyon ton konsentrat və pellet və son məhsul olaraq 0.9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.
“Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67% dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə sınaq işləri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
“AzerGold” QSC tərəfindən layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial tərəfdaş şirkətlərlə danışıqlar davam etdirilir.
“Hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, Azərbaycanın okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin Azərbaycan üçün ən əlverişli formada icrası təmin ediləcək”, - deyə məlumatda vurğulanır.
Şirkət qeyd edir ki, dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”. “Cənub-Şərq” mədənində 2022-ci ildən üstaçma işlərinə başlanılıb.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət