“Daşkəsən Dəmir Filiz” MMC 2022-ci ilin iyun ayında “Cənub-Şərq” mədəni üzrə 1.8 milyon ton filiz hasil edib.
“Britaniyanın “Micon International” şirkəti tərəfindən hazırlanmış 21 illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun ayında “Cənub-Şərq” mədənində üstaçma və hasilat işlərinə başlanılıb. Ötən dövr ərzində “Cənub-Şərq” mədəni üzrə 6.5 milyon ton üstaçma işi, 1.8 milyon ton filiz ehtiyatının toplanmasına nail olunub”, - deyə “AzerGold” QSC-nin məlumatında bildirilir.
Şirkət qeyd edir ki, “Cənub-Şərq” və “Şimal-Qərb” mədənlərində iqtisadi səmərə ilə çıxarılabilən mineral ehtiyatların yenidən artımına və istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün müvafiq təhlillər aparılır. Bu məqsədlə həyata keçirilmiş buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədi ilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”. “Cənub-Şərq” mədənində 2022-ci ildən üstaçma işlərinə başlanılıb.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət