Rəsmi Bakı Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab edir və Cənubi Qafqazda postmünaqişə reallıqlarına qərəzli yanaşmanın əyani nümunəsi kimi qiymətləndirir.
“Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlərin səsləndirilməsi ilk dəfə deyil. Bu açıqlamalar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə postmünaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Slotun Niderland parlamentində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
O qeyd edib ki, belə bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir.
A.Hacızadə Niderlandı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Mətbuat katibi əlavə edib ki, Niderlandın xarici işlər nazirinin ölkəmizə səfəri Azərbaycan tərəfindən təxirə salınıb. “Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya ölkəmizin daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib”, - deyə A.Hacızadə vurğulayıb.
O, Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına maneçilik törədən belə bəyanatlara son qoymağa çağırıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət