Avropa və beynəlxalq maliyyə təsisatları Mərkəzi Asiyada nəqliyyat əlaqəsinin inkişafı üçün 10 milyard avro ayıracaqlar. Bu barədə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis məlumat verib.
“(...) beynəlxalq tərəfdaşlar Mərkəzi Asiyada dayanqılı nəqliyyat əlaqəsinin inkişafı üçün 10 milyard avro məbləğində investisiya ayırmağı öhdəliyə götürüblər, buna Avropa Komissiyası və Avropa İnvestisiya Bankının 1,5 milyard avro məbləğində yeni öhdəlikləri də daxildir”, - Dombrovskis bazar ertəsi Brüsseldə Aİ-Mərkəzi Asiya nəqliyyat əlaqəsi üzrə İnvestorlar Forumunda çıxışında bildirib.
Avropa Komissiyasının press-relizində qeyd olunur ki, Azərbaycan ərazisindən keçən TransxəzərBeynəlxalqNəqliyyat Marşrutuna sərmayə Aİ-nin «Global Gateway» proqramının investisiya strategiyasına əsasən, onu "multimodal, müasir, rəqabətli, davamlı, proqnozlaşdırılan, "ağıllı" və Avropanı Mərkəzi Asiya ilə 15 gün və ya daha qısa müddət ərzində birləşdirən yüksək sürətli marşrut kimi inkişaf etdirmək üçün lazımdır.
Həmçinin, “Orta Dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.
2023-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 2,8 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur.Ortamüddətli perspektivdə dəhliz vasitəsilə yük daşımalarının həcmini 10 milyon tona çatdırmaq planlaşdırılır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət