“AzerGold” QSC 2023-cü ildə beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışından 232,8 milyon manat gəlir əldə edib ki, bu da 2022-ci ilin göstəricisindən 15% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
“AzerGold” 2023-cü ildə beynəlxalq və daxili bazarlarda 68,1 min unsiya qızıl (artım 7,2% - İF) və 119,8 min unsiya gümüşün (azalma 42,3% - İF) satışını həyata keçirib. 62,1 min unsiya qızıl (artım 3,7% - İF) və 90,8 min unsiya gümüş (azalma 53,1% - İF) isə ixrac edilib”, - deyə o bildirib.
Z.İbrahimov qeyd edib ki, 2023-cü ildə şirkət tərəfindən daxili bazarda 6 min unsiya qızıl və 29,2 min unsiya gümüş satılıb.
İdarə Heyətinin sədri əlavə edib ki, 2017-2023-cü illərdə “AzerGold” tərəfindən daxili və beynəlxalq bazarlarda 416 min unsiya qızıl və 853 min unsiya gümüşün satışı həyata keçirilib.
Onun sözlərinə görə, bu dövrdə qızıl və gümüş satışından ümumilikdə 1,19 milyard manat gəlir əldə edilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət