2024-cü ilin sonunadək iri dövlət şirkətləri və müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərə dair təkliflər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunacaq. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Bu şirkətlərin siyahısına “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC, “AzerGold” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu daxildir”, - deyə o bildirib.
Xidmət rəisi qeyd edib ki, bu təkliflərin hazırlanmasında məqsəd şirkətlərin satılması deyil, dövlətin iştirak payının azaldılmasıdır. “Bu, xarici şirkətlərə bu müəssisələrdə iştirak payı əldə edərək investor olmağa kömək edəcək”, - deyə M.Eynullayev əlavə edib.
Prezident ilham Əliyev 2023-cü ilin avqust ayında “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, siyahıya 8 bank, şirkət və müəssisə daxildir: “Azərbaycan Beynəlxalq Bankı” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC; “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu); Karbamid zavodu; Metanol zavodu.
İqtisadiyyat Nazirliyinə aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etmək və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb: dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması; dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları; potensial investorların dairəsi; müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları; dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları.
Bu tədbirlərin məqsədi dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsidir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət