“Daşkəsən Dəmir Filiz” MMC (DDF, “AzerGold” QSC-nin törəmə şirkəti) 2027-ci ilin ortalarınadək dəmir filizi istehsalı zəncirinə daxil olan 3 zavodun inşasını yekunlaşdırmağı və istismara verməyi planlaşdırır. Bu barədə “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev məlumat verib.
İstehsal zəncirinin ilkin mərhələsində Daşkəsəndə mədən yaxınlığında 67% dəmir tərkibli konsentratın istehsalı məqsədilə Zənginləşdirmə zavodunun, növbəti mərhələdə Göygöl rayonunda Pellet zavodunun və 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı üçün zavodun inşası planlaşdırılır.
“Hər üç müəssisə paralel şəkildə inşa olunacaq. Tikinti işlərinin həyata keçirilmə müddəti həm də investorların cəlb olunması ilə bağlıdır. Bununla belə, biz 2027-ci ilin ortalarına qədər hər 3 zavodun inşasını başa çatdırmağı və istismara verməyi planlaşdırırıq”, - deyə o, bu gün keçirilən mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Baş direktor qeyd edib ki, DDF investor axtarışı ilə yanaşı, layihənin həyata keçirilməsi istiqamətində işləri də davam etdirir.
“Tərəfimizdən heç bir ləngimə yoxdur, bu il ərzində hər üç zavodun layihələndirilməsi üzrə işləri yekunlaşdırmağı və tikintiyə hazırlıq mərhələsinə başlamağı, eləcə də investorlarla bağlı məsələni bağlamağı planlaşdırırıq”, - deyə C.Əliyev qeyd edib.
Azərbaycanda dəmir filizi istehsalı zəncirinin qurulması layihəsinin investisiya dəyəri 1,7 milyard manat məbləğində (cari məzənnə ilə $1 milyard – İF) qiymətləndirilir.
İstehsal zəncirinə ilkin mərhələdə 67% dəmir tərkibli konsentratın istehsalı, növbəti mərhələdə aralıq məhsul olan pellet istehsalı, daha sonra 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı daxildir.
“AzerGold”un məlumatına görə, illik 3-3.2 milyon ton filiz hasilatı, bu filizdən 1.3 milyon ton konsentrat və pellet və son məhsul olaraq 0.9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.
Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”. “Cənub-Şərq” mədənində 2022-ci ildən üstaçma işlərinə başlanılıb.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət