“AzerGold” QSC “Çovdar” və cinahlardakı 3 qızıl yatağında çıxarıla bilən qızıl ehtiyatlarının ümumi qiymətləndirməsini 4 dəfədən çox artırıb.
“2016-2023-cü illərdə “Çovdar” yatağı və cinahlardakı “Ağyoxuş” yataqlar qrupu, “Mərəh” və “Tülallar” yataqlarında satılabilən ümumi qızıl ehtiyatı 4 dəfədən çox artırılaraq 778 min unsiya təşkil edib”, - deyə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Ağyoxuş”, “Mərəh” və “Tülallar” yataqlarından hasil edilən filizin emalı prosesinin həyata keçirildiyi “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istismar müddəti qızıl ehtiyatlarının artması hesabına 8 ildən 10 ilə qədər artırılıb.
“Biz yaxın gələcəkdə cinahlarda yeni yataqların kəşfi və ehtiyatların artması hesabına ÇİRES-in istismar müddətinin artırılmasını hədəfləmişik”, - deyə sədr bildirib.
Z.İbrahimov əlavə edib ki, “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində “Çovdar” yatağının işlənməsinin sulfid fazası çərçivəsində hasil edilən filizin çən aşındırma metodu (CIL – Carbon in Leach) əsasında emalı zavodunun inşasına 380 milyon manat investisiya yatırılıb.
“Zavod 2023-cü il dekabrın 28-də test rejimində istismara verilib. İllik emal dövriyyəsi 1,1 milyon ton filiz olan zavodun fəaliyyəti ilə sulfidli filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın ayrılma nisbətinin 90% artırılması təmin olunacaq. Vəsait “AzerGold”un daxili vəsaiti hesabına cəlb edilib”, - deyə o qeyd edib.
“Çovdar” filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları ilə zəngin sahədir. Sahədə “Çovdar” qızıl yatağı daxil olmaqla 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC tərəfindən “Çovdar” yatağında hasilat 2017-ci ildən həyata keçirilir. 2017-2021-ci illər ərzində oksid mərhələsi çərçivəsində yataqdan ümumilikdə 243,355 min unsiya qızıl hasil edilib. Sulfid fazası üzrə satılabilən qızıl miqdarı 318,109 min unsiya qızıl olaraq hesablanıb.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət