Azərbaycanın Naxçıvan Muxtar Respublikasında (MNR) “Ortakənd” qızıl yatağında texniki cəhətdən hasil olunan qızıl ehtiyatları ilkin olaraq 424 min unsiya həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a “AzerGold” QSC-dən məlumat verilib.
"NMR-nın Culfa rayonu ərazisində yerləşən “Göydağ” filiz sahəsinin “Ortakənd” qızıl yatağında apardığımız geoloji tədqiqatların ilkin nəticələri çox uğurlu oldu. "Micon International" beynəlxalq konsaltinq şirkəti bu yataqda texniki cəhətdən hasil olunan qızıl ehtiyatlarını ilkin olaraq 424 min unsiya həcmində qiymətləndirib", - cəmiyyətdən bildirilib.
«AzerGold»ın məlumatına görə, növbəti mərhələdə “Ortakənd” yatağında kommersiya qızıl ehtiyatlarının müəyyənləşdirilməsi planlaşdırılır.
Cəmiyyətdən bildirilib ki, 2024-cü il ərzində Azərbaycanın qərbində “Ağyoxuş” qızıl yataqları qrupunun işlənməsinin ikinci mərhələsi çərçivəsində qızıl hasilatına başlanılması planlaşdırılır.
«Lakin bu məsələ ilə bağlı son qərar bu ilin ortalarına qədər veriləcək», - şirkətdən bildirilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) qızıl hasilatı və ixracı həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət