“Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Millətlər Təşkilanın (BMT) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qlobal Sazişinə qoşulub.
“Qlobal Saziş BMT-nin himayəsi altında həyata keçirilən təşəbbüsdür. O, biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır. Qlobal Sazişə üzv olması Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir”, - aviadaşıyıcının məlumatında deyilir.
AZAL-ın məlumatına görə, aviaşirkət, həmçinin insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.
Saziş çərçivəsində AZAL ekoloji, sosial və korporativ idarəetmə sahəsində fəaliyyətlər həyata keçirəcək. Aviaşirkət 2023-2030-cu illəri əhatə edən öz davamlı inkişaf strategiyasının prioritetlərinə əməl edərək, əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, gender bərabərliyinin təşviqi və digər mövzuları əhatə edən layihələr planlaşdırır.
Bundan başqa, aviaşirkət dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb.
“Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir”, - məlumatda deyilir.
“Bu təşəbbüsə qoşulmaq AZAL üçün əlamətdar hadisədir. Aviaşirkət dayanıqlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə yönümlü olduğunu təsdiqləyir ki, bu da onun etibarlı aviadaşıyıcı kimi beynəlxalq nüfuzunu gücləndirir. Təşəbbüs prinsiplərini öz fəaliyyətinə inteqrasiya edən AZAL beynəlxalq arenada mülki aviasiya sahəsində lider aviaşirkətlərdən biri olmağı hədəfləyir”, — məlumatda “AZAL” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayevin sözlərində sitat gətirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət