Cümə günü "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və "Bakı Gəmiqayırma Zavodu" MMC arasında Xəzər dənizində neft-qaz hasilatına xidmət edəcək yeni gəmilərin tikintisinə dair müqavilə imzalanıb.
“SOCAR şirkəti ilə uğurlu əməkdaşlığın davamı olaraq yaxın illərdə 3-ü sərnişin, 4-ü dalğıc gəmisi olmaqla, ümumilikdə 7 yeni gəminin tikintisi barədə qərar verilib. Razılığa əsasən, bu gəmilərin inşası Bakı Gəmiqayırma Zavodunda (BGZ) həyata keçiriləcək. Cümə günü ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilənin imzalanması mərasimi keçirilib”, - ASCO-nun məlumatında deyilir.
Müqaviləyə əsasən, BGZ 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik 3 ədəd sərnişin və 1 ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.
“Beynəlxalq standartların tələblərinə uyğun tikiləcək gəmilər geniş texniki imkanlara malik olacaq və ölkəmizin neft-qaz hasilatı istiqamətində görülən işlərdə dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaqlar”, - məlumatda deyilir.
ASCO-nun məlumatına görə, tikiləcək sərnişin gəmiləri aparıcı dizayn şirkəti tərəfindən layihələndirilib. Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təqdim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi olacaq.
Bakı Gəmiqayırma Zavodu 2011-ci ildə Xəzər regionunun dəniz sahəsi üçün gəmiqayırma və gəmi təmiri xidmətlərinin göstərilməsi məqsədilə yaradılıb. Müəssisə kommersiya, sərnişin gəmiləri, yedəklərin, paromlar və s. layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb.
ASCO-nun donanmasına həmçinin nəqliyyat ilə yanaşı ixtisaslaşmış donanma və gəmi təmiri zavodları da daxildir.
Nəqliyyat donanması 53 gəmidən ibarətdir, bura 22 tanker, 13 parom, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi daxildir.
İxtisaslaşmış donanmanın tərkibinə 210 gəmi, o cümlədən 20 kran, 25 yedək-təchizat, 26 sərnişin, 2 boru döşəmə, 6 yanğınsöndürən, 7 mühəndis-geoloji, 2 dalğıc və 88 xidmət və köməkçi gəmi daxildir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət