2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) öz vəsaitləri hesabına müxtəlif layihələrə investisiyaları 50 milyon manatı ötəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
2023-cü ildə ADY öz vəsaitləri hesabına layihələrə 35 milyon manat investisiya yatırıb. Beləliklə, 2024-cü ildə bu göstərici ən azı 43% artacaq.
“2024-cü ildə bu vəsait 50 milyon manatı aşaraq 20-dən çox layihənin icrasına cəlb ediləcək. Bu layihələrə Baş Ələt dəmir yolu stansiyasının təmiri; Yalama stansiyasının genişləndirilməsi; Biləcəri çeşidləmə parkının təmirinin tamamlanması; 50 km uzunluğunda yolların üst quruluşunun təmiri və s. daxildir”, - deyə məlumatda bildirilir.
ADY-nin öz vəsaiti ilə 2023-cü ildə 16 km yolda rels dəyişdirilib, 22 km yol əsaslı təmir olunub, Zirə limanı dəmir yolu şəbəkəsinə qoşulub, Astara dəmir yolu terminalı inşa edilib, Biləcəri çeşidləmə parkının yolları bərpa edilməyə başlanıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət