Hazırda neft hasilatı üzrə istehsal gücləri güclü tələbat fonunda məhduddur, dizel yanacağı istehsalı üçün güclər defisitdədir, gələcəkdə isə benzin istehsalı üçün güclərin çatışmazlığı gözlənilir. Bu barədə Britaniyanın “BP plc” şirkətinin rəhbəri Myurrey Okinkloss investorlarla ünsiyyət zamanı bəyan edib.
O qeyd edib ki, BP 2027-ci ilə qədər neft hasilatı üzrə istehsal gücünü 2-3% artırmaq niyyətindədir, lakin 2030-cu ilə qədər hasilatın nə qədər artacağını dəqiqləşdirməyib, çünki bu yeni layihələr üzrə qərarın nəticələrindən asılı olacaq. Onun sözlərinə görə, Braziliyada, Meksika şelfində, Kanadada, Əbu-Dabidə və s. bir neçə layihənin icrasını təsdiq etmək planlaşdırılır.
O, treydinqdən danışarkən qeyd edib ki, əvvəlki illərdə bazarda güclü volatillik olub.
«İrəli nəzər yetirsək, neftə tələbat çox güclü qalmaqda davam edir, həqiqətən Səudiyyə Ərəbistanından başqa bazarda sərbəst güclər çox deyil. Neft emalına gəldikdə, biz çox sayda neft emalı zavodunun bağlandığını gördük, bu gün dizel istehsalı güclərinin defisiti var və mən əminəm ki, sabah benzin güclərinin qıtlığı olacaq», - Okinkloss bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət