Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankına (AMB) maliyyə bazarlarının dərinləşdirilməsi üzrə fəal tədbirləri davam etdirməyi tövsiyə edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu tövsiyə BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.
“Azərbaycanın bank sektoru dayanıqlıdır və iqtisadiyyatda daha mühüm rol oynamalıdır. Maliyyə dayanıqlığı göstəriciləri riskləri tam əks etdirməsə də, güclü bank sektorunu nümayiş etdirməyə davam edir. BVF kreditlərin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini davam etdirməyi, eləcə də risk əsaslı nəzarətə və iri banklara konsolidə edilmiş nəzarətə keçməyi tövsiyə edir. Hökumət tərəfindən iqtisadiyyatda maliyyə sektorunun rolunun davamlı qiymətləndirilməsi təqdir edilir və bunun ardınca maliyyə bazarlarının dərinləşdirilməsi üzrə fəal səylər göstərilməlidir”, - deyə BVF-nin saytında dərc olunmuş məlumatda qeyd olunur.
Fondda hesab edirlər ki, Mərkəzi Bank gələcəkdə pul-kredit siyasətinin daha da yumşaldılmasına ehtiyatla yanaşmalıdır, belə ki, xarici və daxili amillər fonunda müəyyən inflyasiya riskləri qalmaqdadır.
“Mərkəzi Bank pul siyasətinin transmissiya mexanizmini də gücləndirməyə davam etməlidir”, - deyə BVF vurğulayır.
Fond qeyd edir ki, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda neft hasilatı azalıb və neft hasilatının azalmağa davam edəcəyi, qaz hasilatının isə bir qədər artacağı proqnozlaşdırılır. 2022-ci ilin sonunda pik həddə çatdıqdan sonra inflyasiya 4±2% səviyyəsində hədəf diapazonuna qayıdıb. Lakin həm potensial xarici şoklar, həm də davam edən yüksək daxili tələb səbəbindən inflyasiya riskləri qalmaqdadır.
BVF 2024-2028-ci illərdə Azərbaycanda ÜDM artımını ildə 2,3% səviyyəsində proqnozlaşdırdığını təsdiqləyib.
Fondun qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 4,7%-dək azalacaq, 2025-ci ildə 5%-ə qədər artacaq, 2026-cı ildə 4,5%-dək, 2027-2028-ci illərdə isə 4%-dək azalacaq.
BVF hesab edir ki, ölkənin yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqeyi xarici ticarətin müsbət saldosu və valyuta ehtiyatlarının artması hesabına güclü olaraq qalacaq.
BVF qeyd edir ki, perspektivlər üçün risklər ümumilikdə balanslaşdırılmış olaraq qalır. Eyni zamanda, Ukraynada hərbi əməliyyatların və Qəzza münaqişəsinin kəskinləşməsi karbohidrogenlərin bahalaşmasına və tələbin artmasına səbəb ola bilər, bu isə öz növbəsində, Azərbaycanın ixracının və büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq. Lakin bu, həm də inflyasiya üçün risklər yaratmaqla ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.
Fond Azərbaycan hökumətinin ortamüddətli büdcə konsolidasiyası üzrə planlarını da təqdir edib.
“Şaxələndirilmə (iqtisadiyyatın – İF) idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrinin rolunun məhdudlaşdırılması və iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində islahatlara səbəb olacaq. Maliyyə şəffaflığının və məhkəmə sisteminin müstəqilliyinin təkmilləşdirilməsində irəliləyiş, habelə dövlət müəssisələrində özəl sektorun iştirakının artırılması və onların maliyyə sağlamlığını yaxşılaşdırılması üçün davamlı səylər biznes mühitinin yaxşılaşdırılmasına, özəl investisiyaların artırılmasına və məhsuldarlığın yüksəldilməsinə kömək edəcək.MONEYVAL-ın tövsiyələrinin yerinə yetirilməsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin iqlimlə bağlı öhdəliklərini yerinə yetirmək səyləri də təqdir olunur”, - deyə BVF vurğulayır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət