Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının tarixini razılaşdırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Razılaşma Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri zamanı əldə olunub. İclas 2024-cü il martın 6-da Astanada keçiriləcək”, - deyə məlumatda bildirilir.
Görüşdə tərəflər çoxşaxəli ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri və daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
“Xüsusilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstanın Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin ekipaj üzvlərinin peşə diplomlarının qarşılıqlı tanınması haqqında saziş layihəsi, icazə kvotasının (üçüncü ölkələr üçün icazə kvotasının) artırılması, Kurık limanında müvafiq dibdərinləşdirmə işlərinin aparılmasının zəruriliyi, eləcə də vaqonların yüklənməsini/boşaldılmasını təmin edən lokomotivlərin sayının artırılması ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin Qazaxıstan, Azərbaycan və Türkiyə ərazisindən keçən Orta Dəhlizin inkişafı və çatışmazlıqların sinxron şəkildə aradan qaldırılmasına dair 2022-2027-ci illər üçün Yol Xəritəsinin icrası çərçivəsində məsələlər müzakirə olunub”, - deyə nazirlikdən bildirilib.
Yol Xəritəsinin icrası çərçivəsində tərəflər dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində fəal iş aparırlar.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası sonuncu dəfə 2023-cü ilin aprel ayında Bakıda keçirilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət