“BP-Azerbaijan” şirkəti 2023-cü ildə “Şahdəniz” yatağından 26 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin göstəricisindən 4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə yataqdan təqribən 35 milyon barel kondensat (4 milyon tondan çox) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 2,8% azdır.
“Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon kubmetr və ya ildə 27 milyard kubmetrdən çoxdur”, - deyə məlumatda bildirilir.
2023-cü ildə “Şahdəniz” konsorsimunun yatağın işlənməsi üzrə xərcləri $3 milyard 86 milyon (artım 12,5%), o cümlədən istismar xərcləri $2 milyard 194 milyon, əsaslı xərcləri $892 milyon təşkil edib. Bu xərclərin əsas həcmi “Şahdəniz-2” layihəsinin payına düşüb.
Cənubi Qafqaz Boru Kəməri (South Caucasus Pipeline, SCP və ya Bakı-Tbilisi-Ərzurum) ilə gündə orta hesabla 60,1 milyon kubmetr qaz (2022-ci ildə 57,4 milyon kubmetr) nəql olunub. 2023-cü ildə SCP-nin istismar xərcləri $77,7 milyondan, əsaslı xərcləri isə $13,8 milyondan çox olub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%). Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
SCP boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır. “Mərhələ-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
“SCP Co.” şirkətinin səhmdarları BP (29,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” (21,02%), LUKOIL (19,99%) və NIKO (10%) şirkətləridir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət