2024-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 437 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39% çoxdur.
“Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,8%-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb.Xarici aviaşirkətlər 222 mindən çox, “Azərbaycan Hava Yolları” isə 215 min sərnişinə xidmət göstərib”, - hava limanının məlumatında bildirilir.
Bu ilin yanvar ayında 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4225 reys həyata keçirib.
Naxçıvan istiqamətində 47 minə yaxın sərnişin daşınıb. Bununla yanaşı, ötən ilin yanvar ayı ilə müqayisədə transit sərnişinlərin sayı 56% artaraq 21 min nəfər təşkil edib.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 5,85 milyon sərnişinə xidmət göstərib ki, bu da 2022-ci illə müqayisədə 33% çoxdur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət