bp şirkəti 2024-cü ilin II yarısında Azərbaycan hökuməti ilə Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) «Şəfəq» günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya qərarı (YİQ) imzalamağa ümid edir. Bu barədə BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
"Biz 240 MVt gücündə «Şəfəq” GES-in tikinti layihəsinin reallaşdırılması üzərində işləyirik. Stansiyanın Şərqi Zəngəzurda, Cəbrayılda tikiləcəyi diqqətəlayiqdir. Güman edirik ki, bu layihə üzrə yekun investisiya qərarının imzalanması bu il baş tutacaq", - Aslanbəyli “CBC” telekanalına müsahibəsində bildirib.
«İnterfaks-Azərbaycan» onun sözlərindən sitat gətirərək məlumat verir ki, o xatırladıb ki, «Şəfəq» GES layihəsinin həyata keçirilməsi üçün artıq bp şirkəti tərəfindən bir neçə sənəd, o cümlədən Energetika Nazirliyi ilə qarşılıqlı Anlaşma Memorandumu, qarşılıqlı əməkdaşlıq haqqında saziş, həmçinin «Azərbaycan İnvestisiya Şirkəti» və SOCAR şirkətinin bu layihəyə Qoşulma Sazişi imzalanıb.
"Bu, bp və SOCAR-ın digər birgə layihəsi olacaq. Hazırda biz Energetika Nazirliyi ilə birlikdə layihə çərçivəsində elektrik enerjisinin virtual ötürülməsini tətbiq etmək üzərində çalışırıq. Xüsusilə, bu stansiyada istehsal olunan elektrik enerjisinin bütün həcmi - 240 MVt - Azərbaycanın enerji sisteminə ötürüləcək ki, əvəzində Azərbaycanda ən mühüm bp obyektlərindən birinin (Sənqəçal terminalı - İF) enerji təchizatı üçün digər hissədə eyni həcmi əldə etsin", - Aslanbəyli qeyd edib.
O əlavə edib ki, bu layihənin həyata keçirilməsi həm 240 MVt günəş enerjisinin istehsalı, həm də mövcud neft və qaz hasilatı sisteminin dekarbonlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edəcək.
"Bu, olduqca kompleks bir işdir, planlı və qrafikə uyğun aparılır. Hər şey 2024-cü ilin ikinci yarısında bu layihə üzrə yekun investisiya qərarı istiqamətində irəliləyir", - Aslanbəyli yekun vurub.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Şəfəq” günəş enerji stansiyasının (GES) tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Stansiyada illik 500 kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.
Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb. **
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət