Azərbaycanda 2024-cü ilin IV rübündə arpa emalı zavodu istifadəyə veriləcək. Bu barədə "Carlsberg Azerbaijan" şirkəti məlumat verib.
2019-cu ildə "Azərşəkər" MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən xammalın lokallaşdırılması layihəsi 2021-ci ildən etibarən yerli arpaya tam keçidlə nəticələnib. 2023-cü ildə "Carlsberg Azerbaijan", "Azərşəkər" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC və "Azərbaycan İnvestisiya Şirkəti"Cənubi Qafqazda ilk arpa emalı zavodunun təməlini qoyub. Yeni zavod 2024-cü ilin 4-cü rübündə istismara veriləcək”, - məlumatda deyilir.
Şirkət vurğulayır ki, 2024-cü ilin yanvarında Davos Dünya İqtisadi Forumunda “Carlsberg Group”un baş icraçı direktoru Yakob Aarup-Andersen Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb. “Görüşdə xammal və qablaşdırmanın strateji lokallaşdırılması, yeni investisiyalar müzakirə edilib, habelə Azərbaycan bazarının “Carlsberg Group” üçün əhəmiyyəti vurğulanıb”, - şirkətdən əlavə ediblər.
Xəbər verildiyi kimi, arpa emalı zavodunun tikinti layihəsinə qoyulan investisiya 25 milyon manat (cari məzənnə üzrə $14,7 milyon) qiymətləndirilir.
Zavod İmişli şəkər zavodunun ərazisində tikilir.
Birinci mərhələdə zavodun istehsal gücü 12 min ton, ikinci mərhələdə isə 17 min tona çatdırılacaq. Zavodun istifadəyə verilməsi yerli pivə istehsalçılarını tam həcmdə xammal ilə təmin etməyə imkan verəcək.
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 260 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 60 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Baltika", "Əfsanə", "Kronenbourg Blanc 1664" kimi məşhur markalar daxildir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət