İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonaları və sənaye məhəllələrinin rezidentlərinin investisiyaları 6,6 milyon manatı keçib, növbəti mərhələdə onlar tərəfindən 830 milyon manat investisiya yatırılacaq. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov məlumat verib.
Cümə günü mətbuat konfransında Adıgözəlov bildirib ki, hazırda 142sahibkarlıq subyekti sənaye zonaları və sənaye məhəllələrinin rezidenti statusu alıb.
Onların yatırdığı 6,6 milyardmanatdan investisiya hesabına 10 mindən artıq iş yeri yaradılıb. “Növbəti mərhələdə onlar tərəfindən 830 milyon manat yatırılacaq. Bu investisiyalar çərçivəsində daha 7 min iş yerinin açılması gözlənilir”, - o qeyd edib.
Onun sözlərinə görə, sənaye zonaları və sənaye məhəllələrində fəaliyyət göstərən müəssisələrdə indiyədək 12,1 milyardmanatlıq məhsul istehsal edəlib, 3,9 milyardmanatlıq məhsulu ixraca yönəldilib.
2023-cü ildə istehsal həcmi3,3 milyardmanat, ixracı - 989 milyonmanat təşkil edib. “2023-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi18,6%, ixracında isə23,6% təşkil edib”, - o qeyd edib.
Adıgözəlov əlavə edib ki, sənaye zonaları və sənaye məhəllələrində istehsal olunan məhsullar65 ölkəyə ixrac edilir, onların arasında Hindistan, Çin, İsrail, ABŞ, Kanada və s. ölkələr yer tutur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət