«Lightsource bp» (“bp” şirkətinin törəmə strukturu) şirkəti 2024-cü ilin oktyabrında Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu - İF) «Şəfəq» günəş stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır.
Bu barədə www.bp.com/caspian saytında dərc olunan bu layihə üzrə ƏMTQ üzrə hesabatının ilkin variantında qeyd olunurr.
«İnterfaks-Azərbaycan»ın istinad etdiyi hesabata əsasən, GES Cəbrayıl rayonunda, Araz çayından şimal-qərbdə, Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı qəsəbəsi yaxınlığında tikiləcək.
Stansiyanın ərazisi 802 hektar olacaq, stansiya 240 MVt generasiya gücünə malik olacaq, pik həddi 288 MVt-a çata bilər.
Layihəyə layihələndirilmə, avadanlıqların tədarükü, tikintisi, montajı, sınaqlar, fotoelektrik günəş elektrik stansiyasının istifadəyə verilməsi və istismarı daxildir.
Bu işlərin icrası 2024-cü ilin ikinci yarısında başlayacaq və təxminən 18 ay çəkəcək.
«Lightsource bp» stansiyanın tikintisinə, istifadəsinə və istismarına cavabdeh olacaq.
Elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi sonda Azərbaycanın milli elektrik şəbəkəsinə ötürüləcək. Layihə çərçivəsində həmçinin 33/330 kV yarımstansiyanın tikintisi planlaşdırılır.
Qrafikə əsasən, 2024-cü ilin iyulundan oktyabr ayına qədər «Lightsource bp» şirkəti qüvvə və vasitələrin (işçi qüvvəsi, texnika və s.) səfərbərliyi və ərazinin hazırlanması işlərini aparmağı planlaşdırır. GES-in tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər aparılacaq, işə salma-tənzimləmə sınaqları 2025-ci ilin noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci ilin dekabrından başlayacaq.
6-8 ay ərzində tikinti işçilərinin orta hesabla 300 nəfərə, pik dövründə 700 nəfərə çatacağı gözlənilir.
«Şəfəq» GES-in tikintisi zamanı yaranan təsirlərin və bununla bağlı sosial, iqtisadi və digər nəticələrin qarşısının alınması və ya minimuma endirilməsi məqsədilə ƏMTQ üzrə hesabatın hazırlanması həyata keçirilir.
Layihə ilə bağlı şərh və təkliflər 20 mart 2024-cü ilə qədər aşağıdakı ünvanda qəbul edilir: esiafeedback@bp.com
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Şəfəq” günəş enerji stansiyasının (GES) tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Stansiyada illik 500 mln kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
bp şirkəti 2024-cü ildə Azərbaycan hökuməti ilə Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) «Şəfəq» günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya qərarı (YİQ) imzalamağa ümid edir.
2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.
Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət