”AzərEnerji” ASC və “bp” şirkəti Bakıda Səngəçal terminalının elektrikləşdirilməsi üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləməyə dair razılığa gəlib.
“Çərşənbə axşamı “AzərEnerji” və “bp” Səngəçal terminalının operatoru kimi Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzaladılar. Sənədə əsasən, tərəflər Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan bir layihə üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləyəcəklər”, - cəmiyyətin məlumatında deyilir.
“AzərEnerji” qeyd edir ki, tərəflər həmçinin iş həcmini dəqiqləşdirmək üçün layihənin müfəssəl texniki dizaynı və kommersiya çərçivəsinin razılaşdırılması yönümündə də birgə işləyəcəklər.
“Bu məsələlər layihənin kommersiya səmərəliliyinin müəyyənləşdirilməsinin əsas elementini təşkil edir”, - məlumatda deyilir.
“AzərEnerji” qeyd edir ki, STEL layihəsi uğurla həyata keçərsə, dünya səviyyəli obyekt olan Səngəçal terminalını enerji ilə təmin etmək üçün istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal Azərbaycan dövlət enerjisistemindən enerji ilə təchiz olunacaq.
Cəmiyyət dəqiqləşdirir ki, Səngəçal terminalının elektrik enerjisi təchizatı “bp” şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerjisistemi əraziyə ötürülməsilə vasitəsilə təchiz olunacaq.
“Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal Terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “Azərenerji” ASC tərəfindən təmin olunacaq”, - məlumatda deyilir
“AzərEnerji”nin qiymətləndirmələrinə görə, enerjisistemdən verilən elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazı emissiyaları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumiyyətlə ölkənin yaşıl enerji keçidinə töhfə verəcək.
Xəbər verildiyi kimi, «Lightsource bp» (“bp” şirkətinin törəmə strukturu) şirkəti 2024-cü ilin oktyabrında Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu - İF) «Şəfəq» günəş stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır. Stansiyanın ərazisi 802 hektar olacaq, stansiya 240 MVt generasiya gücünə malik olacaq, pik həddi 288 MVt-a çata bilər.
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Şəfəq” günəş enerji stansiyasının (GES) tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Stansiyada illik 500 mln kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
bp şirkəti 2024-cü ildə Azərbaycan hökuməti ilə Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) «Şəfəq» günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya qərarı (YİQ) imzalamağa ümid edir.
2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.
Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb.
Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı təxminən 550 hektar ərazini əhatə edir və bu, onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət