“AzerGold” QSC tərəfindən qızıl vəgümüş tərkibli2000-ci xəlitə istehsal edilib.Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl vəgümüş tərkibli xəlitənin çəkisi 21 kq-dır. Xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub”, - məlumatda vurğulanır.
Məlumata görə, “AzerGold” tərəfindən ilk xəlitə tökümü 2016-ci ilin 13 oktyabr tarixində həyata keçirilib. Hazırda cəmiyyət Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.
«Bugünədək “AzerGold” tərəfindən hasil edilmiş 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsinə ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox (cari məzənnə ilə $669 milyon - İF) vəsait cəlb edilib”, - məlumatda deyilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) qızıl hasilatı və ixracı həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət