2023-cü ildə Azərbaycana ətir və tualet suyu idxalı 2022-ci illə müqayisədə miqdar ifadəsində 25,4%, dəyər ifadəsində 18,2% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 708,01 ton, dəyəri $31 milyon 342,8 min təşkil edib.
Fransa 2022-ci ildə olduğu kimi sözügedən məhsulları Azərbaycana ixrac edən ölkələr arasında lider olub, baxmayaraq ki, 2023-cü ildə miqdar və dəyər ifadəsində biq qədər azalma qeydə alınıb. Bu ölkədən $10 milyon 497,64 min dəyərində (azalma 0,6%) 107,27 ton ətir və tualet suyu (azalma 5,3%) idxal edilib.
Azərbaycana ətir və tualet suyu ixrac edən ölkələrin ilk üçlüyündə (tədarük dəyərinə görə - İF) BƏƏ ($3 milyon 756,84 min dəyərində 350,1 ton) və İtaliya ($3 milyon 658,21 min dəyərində 53,55 ton) də yer alıb.
Çindən $2 milyon 819,57 min dəyərində 599,16 ton, İspaniyadan $2 milyon 415,93 min dəyərində 45,41 ton, Rusiyadan $2 milyon 272,01 min dəyərində 224,37 ton, Polşadan $1 milyon 553,42 min dəyərində 89,5 ton, Türkiyədən $1 milyon 904,17 min dəyərində 203,62 ton, Böyük Britaniyadan isə $1 milyon 69,17 min dəyərində 6,5 ton ətir və tualet suyu idxal edilib.
Qalan həcm Avropa və Yaxın şərqin bir sıra digər ölkələrindən idxal edilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycana gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 362,09 ton (+6,4%), dəyəri $26 milyon 511,89 min (+15,6%) təşkil edib.**
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət