Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən yarımstansiyalarda gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınması üçün $30 milyon məbləğində kredit ayıracaq.
“İnteraks-Azərbaycan” AYİB-ə istinadən xəbər verir ki, borcalan qismində Maliyyə Nazirliyi, layihənin icraçı qurumu qismində “Azərenerji” çıxış edir.
Layihə “Azərenerji”nin 4 yarımstansiyası üçün avtotransformator avadanlığının alınmasını nəzərdə tutur. “Layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Layihənin uğurla həyata keçirilməsi ölkədə bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkələrin möhkəmləndirilməsi üzrə gələcək layihələrə nümunə olacaq", - AYİB qeyd edir.
Bütövlükdə, layihə «yaşıl» keçidin keyfiyyətinin artırılmasına da kömək edəcək.
«Bu layihə AYİB-in enerji sisteminin modernləşdirilməsinə yönəldilmiş, enerji sisteminin çevikliyini artırmaq və Azərbaycanda bərpa olunan enerji güclərinin inteqrasiyası üçün zəruri ilk layihəsi olacaq», - AYİB qeyd edir.
Məlumata görə, Bankın Direktorlar Şurası sözügedən kreditin Azərbaycana verilməsini 2024-cü il mayın 1-də təsdiq etməyi planlaşdırır.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 189 layihənin maliyyələşdirilməsi üçün 3,7 milyard avro kredit ayırıb. 2023-cü il dekabrın 31-nə bankın Azərbaycandakı 31 layihə üzrə cari portfeli 897 milyon avro təşkil edir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət