\2023-cü ildə Azərbaycanda banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2022-ci illə nəzərən 25,5% azalaraq $3,8 milyard ekvivalentində olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $3,8 milyard təşkil edib. Bunun 83,9%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.
Həmçinin, Mərkəzi Bank qed edir ki, son bir neçə il ərzində ilk dəfə 2023-cü ildə banklar tərəfindən xarici valyuta alışı onlar tərəfindən nağd valyuta satışı həcmini üstələyib. Nəticədə, satışların xalis həcmi mənfi zonada yerləşib.
AMB-dən vurğulanıb ki, ötən il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi $29,5 milyard olub (2022-ci illə müqayisədə azalma 6,9% - İF). “Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılıb”, - AMB-dən qeyd olunub.
Məlumata görə, valyuta əməliyyatlarının 21%-i banklararası valyuta bazarında (BVB), 79%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
2023-cü il ərzində BVB-də əməliyyatların 98%-i ABŞ dollarında aparılıb.
“Hesabat dövründə BVB-də əməliyyatların həcmi 6,2 milyard ABŞ dolları ekvivalentində olub (2022-ci illə müqayisədə azalma 31,1%). BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”, - bank qeyd edir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 23,3 milyard ABŞ dolları ekvivalentində olub (artım 3,1%). Əməliyyatların 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.8%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət