Həştərxan vilayəti Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bu barədə Həştərxan vilayəti Xarici Əlaqələr Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Regionumuz azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa açıqdır. Hər iki tərəfdən potensial investorlar haqqında məlumat mübadiləsinin qurulmasını, həmçinin birgə müəssisələrin yaradılması imkanlarının müzakirə olunmasını təklif edirik", - Həştərxan vilayəti hökumətinin sədr müavini Kabek Xadikov çərşənbə günü XII Rusiya-Azərbaycan Regionlararası Forumunda bildirib.
“İnterfaks-Azərbaycan” Xadikovun sözlərinə istinadən xəbər verir ki, Azərbaycanla xarici iqtisadi əməkdaşlığın genişləndirilməsi birbaşa «Şimal-Cənub» dəhlizi ilə yük daşımalarının təşkili ilə bağlıdır. Perspektivli istiqamətlər arasında investisiya əməkdaşlığı, sənaye kooperasiyası, o cümlədən Həştərxan və Azərbaycan gəmiqayırma müəssisələri arasında əməkdaşlıq, turizm sahəsində qarşılıqlı əlaqələr yer alır
Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov əlavə edib ki, Azərbaycanla əməkdaşlığa «xüsusi diqqət» ayrılır.
«Ticarət, logistika, sənaye, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələri fəal inkişaf etdiririk», - Qolovkov bildirib.
XII Rusiya-Azərbaycan Regionlararası Forumu Stavropolyedə “Minvodı Ekspo”da keçirilir. İştirakçılar Rusiya ilə Azərbaycanın sənaye, nəqliyyat-logistika, ekoloji və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığının və kooperasiyasının genişləndirilməsi məsələlərini müzakirə edirlər. Tədbirdə Rusiya və Azərbaycanın işgüzar dairələrin və hakimiyyət orqanlarının 400-ə yaxın nümayəndəsi iştirak edir. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət