31 dekabr 2020-ci ildən etibarən Azərbaycandan Avropaya Trans-Adriatik Boru Kəməri (TAP) ilə ümumi qaz nəqli 33 milyardkubmetri keçib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Şahbazov “X” hesabında yazıb ki, cümə axşamı Bakıda “TAP AG” şirlətinin icraçı direktoru Luka Şippati (Luca Schieppati) iləgörüşüb.
“Luka Şippati ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik. TAP ilə indiyə qədər Avropaya33 milyardkubmetrdən çox qaz nəql olunub”, - Şahbazov qeyd edib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükünə 2020-ci il dekabrın 31-də başlanılıb. Hazırda Azərbaycan Avropanın 6 ölkəsinə - İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz tədarükü haqqında müqavilələr bağlayıb. Eyni zamanda, daha bir neçə ölkə Azərbaycandan qaz almaq niyyətindədir.
2023-cü ildə Azərbaycandan Avropaya 11,8 milyard kubmetr qaz (+3,5%) ixrac edilib.
Azərbaycan və Aİ arasında razılaşmaya əsasən, 2027-ci ilədək Azərbaycan qazının nəqli ən azı 20 milyard kubmetrə çatacaq. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət