2002-ci ildən etibarən "Bakı Metropoliteni" QSC-yə tikinti və yenidənqurma işlərinə, həmçinin yeni vaqonların alınmasına ayrılan dövlət vəsaitinin həcmi 194,6 milyon manat təşkil edib. Bu barədə “Azərbaycan İnvestisiya Holdinqi”nin baş icraçı direktoru Ruslan Əlixanov bəyan edib.
“2002-ci ildən etibarən indiyədək "Bakı Metropoliteni"nə tikinti və yenidənqurma işlərinə, həmçinin yeni vaqonların alınmasına dövlət xətti ilə 194,6 milyon manat ayrılıb”, - Əlixanov cümə axşamı "Bakı Metropoliteni" QSC-nin yaradılmasının 10 illiyinə həsr olunan "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda konfransında bildirib.
“İnterfaks-Azərbaycan” Əlixanovun sözlərinə istinadən xəbər verir ki, paytaxtda metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və qurumun Müşahidə Şurası onu təsdiq edib.
“Plana 4 ssenari daxildir. Onların arasında 5-7 il müddətində 10 yeni metrostansiyanın tikintisi layihəsinə üstünlük verilib”, - Əlixanov qeyd edib.
O əlavə edib ki, 2023-cü ilin dekabrın sonunda Bakı şəhərinin Baş Plan təsdiqlənib. Bura metropolitenin inkişafı üzrə gələcək işlər daxil edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət