«Bakı Metropoliteni» QSC 2026-cı ilin sonuna qədər Rusiyadan 65 yeni vaqon almağı planlaşdırır. Bu barədə QSC-nin sədr müavini Hidayət Məmmədov bəyan edib.
"Rusiya tərəfi ilə vaqonların alınması ilə bağlı razılaşma artıq əldə edilib. Biz yaxın üç ildə, daha doğrusu, 2026-cı ilin sonuna qədər Rusiyadan 65 yeni vaqon almağı planlaşdırırıq", - Məmmədov cümə axşamı jurnalistlərə bildirib.
O qeyd edib ki, yaxın il ərzində (2024-cü ilin I rübü - 2025-ci ilin I rübü) cəmiyyət Rusiyadan 35 yeni, növbəti 2 ildə isə müvafiq olaraq 20 və 10 vaqon almağı planlaşdırır.
«Hər şey həmçinin Rusiya zavodunun imkanlarından asılıdır, o cümlədən, Rusiyaya qarşı müəyyən məhdudiyyətləri nəzərə almaq lazımdır», - o əlavə edib.
2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” ASC arasında imzalanmış müqaviləyə əsasən, Rusiya şirkəti Bakı metrosu üçün 81-765.4B/766.4B seriyalı 60 müasir tipli vaqon (hər birində 5 vaqon olmaqla 12 qatar tərkibi) istehsal edəcək. Müqavilə 2020-2023-cü illəri əhatə edir və Azərbaycana ildə 20 müasir vaqonun tədarükünü nəzərdə tutur.
“Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 300-dən çox vaqon istismardadır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət