Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi bazarın mövcud tələbatından asılı olaraq həyata keçiriləcək. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
"Şahdəniz” yatağının (əsas mənbə - İF) “Mərhələ-1” layihəsi həyata keçirilərkən mexanizm bir az fərqli idi, uzunmüddətli müqavilələr, Avropa maliyyə institutları tərəfindən maliyyələşdirmə var idi. Lakin Avropanın siyasəti dəyişdi və Aİ-nin maliyyə institutlarının əksəriyyəti karbon layihələrinə dəstək vermir. Eyni zamanda, uzunmüddətli müqavilələrin əvəzinə qaz satışı spot bazarında həyata keçirilir. Bu, bizim Cənub Qaz Dəhlizinin genişlənməsinə yanaşmalarımıza təsir edir. Bu səbəbdən biz bütün bu amilləri nəzərə alaraq genişləndirmə işlərini aparırıq", - Şahbazov cümə günü keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib ki, hazırda CQD-nin 2026-cı ilə qədər 1,2 milyard kubmetr qaza qədər genişləndirilməsi planlaşdırılır.
"Bu bazardır. Biz bazarın mövcud tələbatlarını nəzərə alaraq CQD genişləndirəcəyik ", - o əlavə edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət