Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsinin modernləşdirilməişlərinin 95%-i yekunlaşıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilir.
Xəbər verildiyi kimi, BTQ-nin Gürcüstan hissəsinin modernləşdirilməsiişləri Azərbaycanın investisiyaları hesabına həyata keçirilir.
ADY qeyd edir ki, Gücrüstan hissəsində işlərin ümumi uzunluğu 183 km təşkil edir.
Cəmiyyətdən bildirilir ki, martın 2-də Azərbaycan, Türkiyə və Gürcüstanın aidiyyəti qurumların rəhbərləri Gürcüstan hissəsində modernizasiya işlərinin gedişi ilə tanış olublar.
“Bizim hədəfimiz BTQ-nin yükdaşıma həcmini illik 5 milyon tona (hazırda yolun ötürmə qabiliyyəti illik maksimum 1 milyon ton təşkil edir - İF) çatdırmaqdır. BTQ Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çeviriləcək”, - məlumatda ADY-nin sədri Rövşən Rüstəmovun sözlərindən sitat gətirilir.
BTQ-nin modernizasiyası üzrə işlər5hissədən ibarətdir, onlardan3-nüntamamlanması həyata keçirilib.
Rüstəmov əlavə edib ki, modernizasiya işlərinin aprel ayında tam yekunlaşdırılması planlaşdırılır.
Onun sözlərinə görə, bundan sonra Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq. Bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək."Artıq bu istiqamətdə işlərə başlanılmış və yaxın vaxtlarda birgə müəssisənin yaradılması həyata keçiriləcəkdir”, - Rüstəmov qeyd edib.
Xəbər verildiyi kimi, ümumilikdə, Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin genişləndirilməsi layihəsinə $100 milyondan çox sərmayə yatıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib.BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət