Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov cümə axşamı Bakıda keçirilən görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının 2026-cı ilədək əsas istiqamətlərinin inkişafı üzrə tədbirlər planının icrasını, ticarət-sənaye kooperasiyasının gücləndirilməsi və qarşılıqlı ərzaq tədarükünün genişləndirilməsi məsələlərini müzakirə ediblər.
"Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ən parlaq sübut ticarət dövriyyəsinin göstəriciləridir. 2023-cü ilin yekunlarına əsasən ticarət dövriyyəsi 380 milyard rubla çatı və həcm təxminən üçdə bir artıb. Bununla yanaşı, Rusiya-Azərbaycan ticarətinin yarısından çoxu - 54,2%-i milli valyutalarda həyata keçirilir", - Reşetnikov deyib.
“İnterfaks-Azərbaycan” RF İqtisadi İnkişaf Nazirliyinə
istinadən xəbər verir ki, onun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlıq investisiya layihələrini gücləndirir. "Rusiya Azərbaycan iqtisadiyyatına ən iri beş investordan biridir. Ötən ilin yekunlarına görə ölkəmiz Azərbaycana təxminən 25 milyard rubl sərmayə qoyub (cari məzənnə ilə təxminən $274 milyon). Hazırda respublika ərazisində Rusiyanın iştirakı ilə ümumilikdə 570 milyard rubl (cari məzənnə üzrə $624 milyon) məbləğində IT və təyyarə istehsalından tutmuş tibb və yüngül sənayeyə qədər müxtəlif layihələr həyata keçirilir", - o qeyd edib.
"İstənilən ölkədə biznesə rahat maliyyə alətləri, turistlərə isə xaricdə malların və xidmətlərin rahat ödəniş sisteminə ehtiyac var. Bununla əlaqədar ölkələrimiz üçün banklararası qarşılıqlı əlaqənin genişləndirilməsi, milli valyutalarda birbaşa müxbir hesablarının sayının artırılması və daha çox Azərbaycan banklarının Rusiya Bankının Maliyyə Məlumatlarının Ötürülməsi Sisteminə qoşulması vacibdir", - Reşetnikov hesab edir.
Cabbarov öz növbəsində qeyd edib: "Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının möhkəmlənməsi fonunda ticarət dövriyyəmiz və işgüzar dairələrin tərəfdaşlığı da genişlənir. Sənaye, ticarət, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və digər sahələrdə Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi, habelə əməkdaşlığın yeni istiqamətləri üçün böyük potensial mövcuddur. Bu potensialın həyata keçirilməsi ikitərəfli iqtisadi gündəmimizin əsas prioritetidir". **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət