Bazar ertəsi Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının II iclası keçirilib, iclasda rəsmilər, iki ölkənin səfirləri və sahibkarlar iştirak ediblər.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, iclasda qeyd olunub ki, 2023-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb və $530 milyon təşkil edib. Buna baxmayaraq, çıxış edənlər vurğulayıblar ki, iki ölkə arasında ticarət dövriyyəsi daha çox ola bilər və hazırda mövcud potensialı əks etdirmir.
Nəqliyyat daşımalarına toxunan Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bildirib ki, 2023-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə daşımalar 840 min ton artaraq 2,7 milyon tona çatıb.
"2024-ci ilin yanvarında TBNM ilə daşımların həcmi 2,5 dəfə artaraq 374 min tona çatıb. Bundan əlavə, Çin konteynerlərinin daşınmasında əhəmiyyətli artım müşahidə olunur: yanvar ayında 3 dəfə artım - 2,9 min konteynerə", - Ablaliyev bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycana xarici investorların cəlb olunmasında maraqlıdırlar.
İclas çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət