2024-cü ilin fevral ayında Azərbaycanda inflyasiya yanvar ayında qeydə alınmış 0,35% səviyyəsində inflyasiyaya qarşı 0,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Fevralda respublikada inflyasiya 0,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2023-cü ilin fevral ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə inflyasiya 0,8% təşkil edib. Cari ilin fevral ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% ucuzlaşıb, qeyri-ərzaq malları 1,4%, xidmətlər 2,3% bahalaşıb.
Fevralda yumurtanın qiymətində ucuzlaşma (0,7%) qeydə alınıb.
Hesabat ayında çörək, çörək məmulatları və yarmalar, kərə və bitki yağları, eləcə də tütün məmulatlarının qiymətlərində inflyasiya qeydə alınmayıb.
Fevralda ət və ət məhsulları 0,2%, balıq və balıq məhsulları 0,9%, süd və süd məhsulları 0,2%, meyvə 3,5%, tərəvəz 2,1%, şəkər, cem, bal, şokolad və konfetlər 0,1%, çay, qəhvə, kakao 0,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,3%, spirtli içkilər 0,8% bahalaşıb.
Yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 1,3% (2024-cü ilin yanvar ayının sonuna 1,7%) təşkil edib. Ərzaq malları, içkilər və tütün məmulatları 0,2%, qeyri-ərzaq malları 1,6%, xidmətlər isə 2,7% bahalaşıb.
2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1%, orta illik inflyasiya 8,8% təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət