Gürcüstanın xarici işlər naziri İlya DarçiaşviliBakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsindən sonra tezliklə istifadəyə verilməsinin vacibliyini qeyd edib.
«Biz bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsini müzakirə etdik, onun tezliklə istifadəyə verilməsinin vacibliyini qeyd etdik», - Darçiaşvili cümə günü Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, nazirlər üçtərəfli görüşdə əməkdaşlığa sadiq oduqlarını təsdiqləyiblər. "Biz Orta Dəhlizin potensialını ətraflı müzakirə etdik. Ölkələrimizin tranzit potensialından maksimum istifadə etmək üçün sıx əməkdaşlığa hazırıq. Həmçinin, enerji və enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - o qeyd edib.
Nazir əlavə edib ki, üçtərəfli görüşdə regional proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasındakı sülh prosesi müzakirə olunub. «Gürcüstan regionda sülhü tam dəstəkləyir, həmçinin uzunmüddətli sülhün təmin edilməsi üçün kömək, dəstək göstərməyə hazırdır», - nazir vurğulayıb.
Darçiaşvili əlavə edib ki, nazirlər növbəti görüşün Türkiyədə üçtərəfli formatda keçirilməsi barədə razılığa gəliblər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsinin modernləşdirilməişlərinin 95%-i yekunlaşıb. BTQ-nin modernizasiyası üzrə işlər 5 hissədən ibarətdir, onlardan 3-nün tamamlanması həyata keçirilib. Gücrüstan hissəsində işlərin ümumi uzunluğu 183 km təşkil edir. Modernizasiya işlərinin aprel ayında tam yekunlaşdırılması planlaşdırılır.
Modernizasiya işləri BTQ-nin yükdaşıma həcmini illik 5 milyon tona (hazırda yolun ötürmə qabiliyyəti illik maksimum 1 milyon ton təşkil edir - İF) çatdırmağa imkan verəcək. BTQ Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çeviriləcək.
Ümumulikdə, Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin genişləndirilməsi layihəsinə $100 milyondan çox sərmayə yatıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib.BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət