Fransanın əsas siyasi qüvvələri, prezident partiyası istisna olmaqla, Emmanuel Makronun Rusiya Federasiyasına və Ukrayna ilə bağlı mövqeyinə dair verdiyi müsahibəni, onun ictimai rəyi sakitləşdirmək cəhdinə baxmayaraq, çox açıqlı hesab etdilər. Bu barədə “Le Figaro” nəşri yazır.
Fransa prezidenti cümə axşamı axşam saatlarında TF1 və France 2 telekanallarına müsahibə verərək bildirib ki, Fransa, «Rusiya tərəfindən eskalasiya olacağı təqdirdə cavab verməyə hazır olacaq».
O hələlik hesab etmir ki, hazırda Ukraynadakı vəziyyət Fransa qoşunlarının oraya göndərilməsini tələb edir, lakin belə bir qərarı istisna etmir.
«Respublikaçılar» partiyasının sədri Erik Siotti bildirib ki, prezidentin tonu onun Avropa Parlamentinə seçkilər səbəbi ilə partiyasının vəziyyətini düzəltmək istəyini nümayiş etdirir.
«Milli Birlik» partiyasının rəhbəri Jordan Bardella Makronun oxşar arqumentlərlə bəyanatlarına qarşı çıxış edərək Ukraynadakı hadisələrin «ağrılı mövzusunun» seçkilərin qızğın vaxtlarında daxili siyasi məqsədlər üçün istifadəsini tənqid edib.
O hesab edir ki, « yelbeyinlik, məsuliyyətsizlik və ədəbsizlik fransızları narahat etmək üçün kifayətdir».
“Geri alma” partiyasının seçki siyahısına rəhbərlik edən Marion Mareşal Fransa prezidentinin «Playmobil kimi müharibə oynadığı» təəssüratını bölüşüb.
"Makron sakitləşdirmədi. Əslində Fransa diplomatik cəhətdən təcrid olunub", - deyə “Avropa-ekologiya-yaşıllar” partiyasının milli katibi Marin Tondelye bildirib.
Fransa Kommunist Partiyasının lideri Fabyen Russel prezidentin sözlərinin «məsuliyyətsizlik və ədəbsizliyə» çatdırılmasına işarə edib. Russelin fikrincə, dövlət başçısı "Fransadakı uğursuzluğunu gizlətmək” üçün “Rusiyaya müharibə elan etməyə hazıdır”. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət