Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Cənubi Qafqaz regionu bu gün “sülhə həmişə olduğundan daha da yaxındır”.
Bu barədə Əliyev cümə günü Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis ilə görüşdə bəyan edib.
Dövlət başçısının saytında qeyd olunur ki, söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olundu.
Əliyevin rəyinə görə, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub, “belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır”.
Dövlət başçısı qeyd etdi ki, “Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır”.
Məlumatda deyilir ki, görüşdə “minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər” ətrafında fikir mübadiləsi aparıldı.
Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, “ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini» qeyd etdi.
Dövlət başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı.
Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. O vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.
Görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Fransis Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi. O, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Əliyevə təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğuladı.
Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi.
“Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi (2019-2023-cü illərdə - İF) qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulandı”, - məlumatda deyilir. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət