İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğunu araşdırıb.
Dövlət Xidmətindən verilən məlumata görə, araşdırmalar nəticəsində əsas bazar subyektləri tərəfindən müştərilərlə bağlanan müqavilələlərə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib.
Aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ötən ilin dekabr ayında fəaliyyətlərində pozuntu aşkar edilən bazar subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Nəticədə bir sıra bazar subyektləri tərəfindən müqavilə şərtlərinə müvafiq dəyişikliklər olunub.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
“Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən minik avtomobilləri satışı ilə məşğul olan 1 bazar subyektinə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”, - deyə məlumatda vurğulanıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət