İrəvanın Nor-Nork rayonunda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Xüsusi təyinatlılar polis binasına gəlib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, hücumu həyata keçirən üç silahlı şəxsdən qəlpə yarası almış iki nəfəri xəstəxanaya yerləşdirilib.
“Bu gün 3 silahlı şəxs Nor-Nork polis bölməsinə daxil olmağa cəhd edib. Onlar qumbaradan istifadə ediblər və partlayış nəticəsində ikisi yaralanıb və xəstəxanaya yerləşdirilib”, - deyə o, jurnalistlərə bildirib.
Sarkisyanın sözlərinə görə, hazırda polis bölməsinin binasında qumbara ilə silahlanmış 1 nəfər var və onun zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Bir sıra KİV-lərin məlumatına görə, polis bölməsinə hücum edənlər bazar günü səhər 50 nəfərə yaxın iştirakçısının saxlanıldığı “Döyüş qardaşlığı” təşkilatının üzvləri olub. Bu gün səhər saatlarında təşkilatın üzvləri demarkasiya və delimitasiya prosesinin aparılmasının və dörd kəndin Azərbaycana təhvil verilməsinin planlaşdırıldığı Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Əskipara (Voskepar) kəndinə girmək niyyətində olublar. Təşkilat bu bölgədə yerli sakinlər də cəlb olunmaqla özünümüdafiə dəstəsi yaratmaq niyyətində olduğunu bildirib.
Lakin “Döyüş qardaşlığı” təşkilatı özünün “Telegram” kanalında polis bölməsində baş vermiş insidentlə bağlı heç bir əlaqəsinin olmadığını açıqlayıb. “Biz istənilən terror fəaliyyətini qınayırıq və yalnız qanun çərçivəsində hərəkət edirik”, - deyə açıqlamada qeyd olunub.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət