2011-ci ilin yekunlarına görə, Azərbaycanın dövlət büdcəsinin profisiti 303 mln. 180,161 min manat və ya ÜDM-nin 0,6%-ni təşkil edib.
“2011-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 mlrd. 700 mln. 702,182 min manat təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 37,7% çoxdur. Ötən il dövlət büdcəsinin xərcləri 15 mlrd. 397 mln. 522,021 min manat təşkil edib və 30,9% artıb”, - deyə maliyyə nazirinin müavini Azər Bayramov cümə günü Milli Məclisin iqtisadi siyasət komitəsinin 2011-ci il ərzində Azərbaycan dövlət büdcəsinin icrası barədə hesabatın müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, hesabat ilində dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 5 mlrd. 472 mln. manat, Dövlət Gömrük komitəsinin xətti ilə – 1 mlrd. 142 mln. manat, Dövlət Neft Fondundan transfertləri ilə – 9 mlrd. manat, qalanı – digər gəlirlər təşkil edib.
Dövlət büdcəsinin xərcləri strukturunda 7 mlrd. 115 mln. manat cari xərclərin, 7 mlrd. 938 mln. manat – əsaslı, qalanı – dövlət borcunun xidmətinin payına düşüb.
A.Bayramov vurğulayıb ki, 2011-ci ildə dövlət büdcəsinin sosial yönümlü xərclərinin həcmi 4 mlrd. 340,3 mln. manat və ya bütün büdcə xərclərinin 28,2%-ni təşkil edib. Bununla yanaşı, 2010-cu il ilə müqayisədə dövlət büdcəsinin sosial xərclərinin həcmi 637,2 mln. manat və ya 17,2% artıb.
Nazir müavini əlavə edib ki, 2011-ci ildə Azərbaycan hökuməti bütün dövlət proqramlarının maliyyələşdirilməsini təmin edib, pensiyaların, büdcə işçilərinin ayrı kateqoriyalarının əmək haqlarının artımına yönəldilən tədbirlər həyata keçirib, ASK sektorunun inkişafının maliyyələşdirilməsini təmin edib, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kredit verilməsi üçün vəsait ayırıb.
Milli Məclisin iqtisadi siyasət komitəsi müzakirələrin yekunlarına görə hesabatı parlamentin təsdiqinə tövsiyə etmək barədə qərar qəbul edib.
“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin mayın 29-da keçiriləcək plenar sessiyasında müzakirə ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət