Azərbaycan daha 140 ton Stavropol taxılının alışı üçün ərizə verib. Bu barədə Rusiya mətbuatı Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin Stavropol filialına istinadən məlumat verib.
Azərbaycan sərhədinə çatdırılma nəzərə alınmaqla taxılın alış qiyməti orta hesabla bir ton üçün 8,4 min rubl təşkil edir. Taxılın müəyyən hissəsi göndərilmək üçün hazırlanır.
Bundan başqa, ötənilki məhsuldan taxılın Azərbaycana göndərilməsinə başlanılıb.
Daha əvvəl Azərbaycana yeni məhsuldan 80 ton taxıl göndərilib.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda respublikada taxıla illik tələbat 3-3,5 mln. ton təşkil edir. Azərbaycanda hər hektardan 2,6-2,8 ton dənli bitki götürülür. Bunun sayəsində dənli bitkilərə olan tələbatın 80-85%-i ödənilir.
Nazirliyin qiymətləndirmələrinə görə, müasir texnologiyaların tətbiqi Azərbaycanda taxıl istehsalının həcmini ildə 4-4,5 mln. tona qədər artıra və daxili istehsal hesabına öz tələbatını tam təmin edə bilər.
A.Axundov
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bayramov Türkiyənin yeni XİN başçısını təbrik və Azərbaycana səfərə dəvət edib
Ermənistan Rusiya ixracını əvəzləmək üçün silah almaq yollarını tapıb
Qriqoryan: KTMT-yə üzvlüyü Ermənistan üçün problemlər yaradır
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək