Kanadanın Kalqari şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələrin açılışı olub. Bu barədə cümə axşamı Azərbaycanın Kanadadakı səfirliyinin mətbuat xidməti məlumat verir.
Şəhərin “Confederation” parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın açılışı keçirilib. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilib.
“Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti” diaspor təşkilatı tərəfindən təşkil olunan tədbir Azərbaycanın Ottavadakı səfirliyinin dəstəyi ilə keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Xocalı soyqırımı haqqında danışıb, bu ağacın Kanadada Xocalı qurbanlarının xatirəsini yad edən ikinci belə abidə olduğunu qeyd edib. İlk abidə Toronto şəhərində açılıb.
Diplomat vurğulayıb ki, bu cür tədbirlər Xocalı həqiqətlərinin Kanada ictimaiyyəti arasında yayılması baxımından mühüm addımdır. Həmçinin R.Hüseynli dünyada reallaşdırılan “Xocalıya ədalət” kampaniyası barədə məlumat verib.
Müvəqqəti işlər vəkili Kanadada yaşayan azərbaycanalıları Xocalı soyqırımı və Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistanın təcavüzkar siyasəti barədə həqiqətləri yerli ictimaiyyətə çatdırmağa çağırıb.
Daha sonra Kalqari şəhərinin digər bir parkı “Edworthy”də Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş oturacağın açılışı olub. Oturacağın üzərindəki memorial lövhədə “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri həkk edilib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət