Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün Azərbaycanda ÜDM-in nominal həcmini $64 mlrd., 2016-cı ildə $63,6 mlrd. səviyyəsində proqnozlaşdırır. Bu barədə fondun Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd edilir.
Xəbər verildiyi kimi, BVF-nin proqnozlarına əsasən, 2015-ci ildə Azərbaycanda ÜDM 4%, 2016-cı ildə 2,5% artacaq.
Fond cari ildə Azərbaycanda sutkalıq neft hasilatını 0,95 mln. barel, 2016-cı ildə 1,07 mln. barel (2014-cü ildə 0,85 mln. barel olub) həcmində proqnozlaşdırır.
BVF-nin qiymətləndirmələrinə görə, 2015-ci ildə Azərbaycandan məhsul və xidmətlərin ixracı $20,7 mlrd., 2016-cı ildə $17,6 mlrd. təşkil edəcək, 2015-2016-cı illərdə ölkəyə məhsul və xidmət idxalı müvafiq olaraq $17,2 mırd. və $14,4 mlrd. həcmində olacaq.
2015-ci ilin yekunları üzrə fond Azərbaycanın tədiyyə balansının profistini $1,9 mlrd. və ya ÜDM-in 3%-i, 2016-cı ildə $1,7 mlrd. və ya ÜDM-in 2,7%-i səviyyəsində (2014-cü ildə $10,4 mlrd. və ya 14,1% olub) proqnozlaşdırır.
Xəbər verildiyi kimi, bu ilin yekunları üzrə Azərbaycan hökuməti nominal ÜDM-i 57,1 mlrd. manat, 2016-cı ildə 57,7 mlrd. manat səviyyəsində proqnozlaşdırır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət