Prezident İlham Əliyev 2017-ci ilin I yarısında bir sıra Azərbaycan məhsullarının ixrac həcminin artdığını qeyd edib.
“Bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb”, - deyə dövlət başçısı iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident sənaye məhsullarının ixracı məsələsinə də toxunub.
“Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, - biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksəkgərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb”, - deyə o qeyd edib.
Bir sıra məhsulların ixrac həcminin azaldığını deyən prezident İ.Əliyev hökumətə bunun səbəblərini araşdırmağı tapşırıb.
“Albalı və gilas ixracı 22 faiz azalıb. Şəkər 11 faiz, fındıq 9 faiz azalıb. Sənaye məhsulları arasında isə azalan yeganə pozisiya qara metal və ondan məmulatlardır. Bu məhsulun ixracı 11 faiz azalıb”, - deyə dövlət başçısı əlavə edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət