2017-ci ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 13 mlrd. 618 mln. 506,591 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilir.
Ötən il BFB-də əqdlərin ümumi həcmində 5 mlrd. 932 mln. 475,708 min manat törəmə alətlər bazarının (artım 33,6% - İF-Az), bunun 5 mlrd. 531 mln. 326,527 min manatı valyuta, 401 mln. 149,182 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 6 mlrd. 66 mln. 555,117 min manat (artım 7,2 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 839 mln. 418,410 min manat (artım 47,9%) olub. İlkin bazarda 794 mln. 518,614 min manatlıq, təkrar bazarda 44 mln. 899,796 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 5 mlrd. 227 mln. 136,707 min manat təşkil edib (artım 19,4 dəfə). İlkin bazarda 5 mlrd. 185 mln. 738,092 min manatlıq, təkrar bazarda 41 mln. 398,614 min manatlıq səhm yerləşdirilib.
BFB-nin ümumi dövriyyəsində 709 mln. 609,702 min manat (artım 6 dəfə) pay bazarının payına düşüb. İlkin bazarda 690 mln. 621,123 min manatlıq, təkrar bazarda 18 mln. 988,578 min manatlıq səhm yerləşdirilib.
2017-ci ildə əqdlərin ümumi həcmində 858 mln. 314,883 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (artım 2,8 dəfə). Bununla belə, ilkin bazarda Azərbaycan İpoteka Fondunun 265 mln. 834,682 min manatlıq, təkrar bazarda 385 mln. 763,46 min manatlıq istiqrazı yerləşdirilib. Qeyd olunan dövrdə ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 17 mln. 1 min manat, təkrar bazarda 189 mln. 715,74 min manat təşkil edib.
2017-ci ildə BFB-nin ümumi dövriyyəsində 51 mln. 551,179 min manat repo əməliyyatlarının payına düşüb (artım 24,9 dəfə).**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət