Prezident İlham Əliyev ölkə daxilində sabitliyi pozmaq istəyənlərin cəhdlərini səmərəsiz hesab edir.
"Azərbaycana qarşı aparılan bütün kampaniyalar iflasa uğrayacaq. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bizi qaralamağa və xarici media vasitısilə təzyiqlər göstərməyə çalışdılar. Lakin bu cəhdlər səmərə vermədi, onlar bizim siyasətimizə təsir göstərə bilməyəcəklər”, - deyə o, bu gün hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Hakimiyyət və xalqın birliyi ölkədə təhlükəsizliyin əsas şərtidir.
“Xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər. Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir. Bizə qarşı çirkin kampaniyalar aparanlar isə bu əməllərin qurbanı olur. Bu, hər zaman belə olub və olacaq”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Azərbaycan dünyada ən təhlükəsiz ölkələrdən biridir. "Biz Azərbaycan xalqının normal yaşaması üçün əlimizdən gələni edirik. Azərbaycan fəal şəkildə inkişaf edən müasir ölkədir. Gündən-günə iqtisadiyyat, siyasət, diplomatiya, hərbi sahədə gücümüz artır", - deyə prezident əlavə edib.
İ.Əliyev bildirib ki, ölkənin inkişafından narazı olan müəyyən qüvvələr var və onlar Azərbaycana qarşı müxtəlif üsullardan istifadə edirlər. "Onlar yalan, qarayaxma, iftira üzərində qurulan kampaniyalar təşkil edirlər. Lakin bu kampaniyaların heç bir səmərəsi olmayacaq. Bizə qarşı xarici mərkəzlərdən idarə olunan media qurumları vasitəsilə qaralama kampaniyaları aparılır. Bunun da səmərəsi olmayacaq. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı”, - deyə dövlət başçısı vurğulayıb.
O deyib ki, NATO-nun zirvə görüşü Azərbaycanın nə qədər yüksək hörmətə malik olduğunu sübut etdi. “Buna görə bizə təsir etmək cəhdləri əbəsdir və onlar bizim siyasətimizə heç cür təsir edə bilmir. Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”, - deyə İ.Əliyev söyləyib.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət